haberL haberR

Həmyerlimizin kitabı İstanbulda çap olundu

Kateqoriya: Kitab həyatdır Yayımlama tarixi: 08.10.2015 15:52:01

İstanbulda azərbaycanlı coğrafiyaşünas Sitarə Mirmahmudovanın "Ermənistan ərazisində Azərbaycan mənşəli oykonimlər və onların erməniləşdirilməsi siyasəti" adlı kitabı çapdan çıxıb.

İslamazeri.az apa-ya istinadən xəbər verir ki, TEAS  yayımları tərəfindən Azərbaycan, türk və rus dillərində çap edilmiş  kitabın imtiyaz sahibi və çap koordinatoru  Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalovdur.

Azərbaycanın dövlət mükafatı laureatı, professor Kərim Şükürov kitaba yazdığı ön sözdə  S. Mirmahmudovanın 30 il əvvəl yazılmış əsərinin elm tarixindəki yeri və bugünkü əhəmiyyətini vurğulayıb. Kitabın redaktoru, tarix elmləri doktoru Fərhad Cabbarov isə əsərə keçmiş sovet respublikalarının önəmli elm mərkəzlərindən verilmiş rəyləri diqqətə çatdırıb.

H. Zeynalov bildirib ki, S. Mirmahmudova əsəri 1986-cı ildə namizədlik dissertasiyası kimi müdafiə edib: " Dissertasiya təsdiq üçün SSRİ Ali Attestasiya Komissiyasına göndəriləndən sonra Azərbaycandakı bəzi "beynəlmiləlçilər" ermənilərin "xətrinə dəyə biləcək yerlərini" yenidən işləməsi üçün Sitarə xanıma təzyiq göstərdilər. Sitarə xanım illərlə zəhmət çəkdiyi əsərini geri götürdü, çəkdiyi böyük mənəvi sıxıntıya tab gətirmədi, 1991-ci ildə həyata gözlərini yumdu. Daha sonra əsər yox oldu. Uzun müddətli axtarışdan sonra əsəri tapa bildim. Kitabın hansı şəraitdə yazıldığına şahid olduğumdan 3 dildə çapdan çıxmasının sevincini hamıdan çox mən yaşayıram. Kitabda Sitarə xanımın elmi fəaliyyətinin nəticəsi olan monoqrafiya ilə birlikdə onun hazırladığı 2 xəritə, dissertasiya işinə verilən rəylər və ailə arxivindən fotolar öz əksini tapıb. Əsərin Türkiyə üçün də son dərəcə faydalı olacağına inanıram".

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.