haberL haberR

İsrailin Azərbaycana silah satışını dayandırması inandırıcı deyil

Kateqoriya: Münasibət Yayımlama tarixi: 21.05.2016 11:08:05

KİV-də İsrail tərəfinin Azərbaycana artıq silah satışı həyata keçirməyəcəyi xəbərləri yayılıb

İsrailin Azərbaycandakı səfiri Dan Stav isə bu məsələyə münasibət bildirmək istəməyib.

"İsrail öz siyasətinə uyğun olaraq heç bir ölkə ilə hərbi əməkdaşlığı barədə fikir bildirmir", -  deyə sionist diplomat qeyd edib.

İslamazeri.az məsələ ilə bağlı hərbi politoloq Ramil Məmmədlidən münasibət alıb.

Ramil Məmmədli İslamazeri.az-a İsrailin Azərbaycana silah satışını dayandırma xəbərinin inandırıcı olmadığını bildirib:  "Açığı, bu xəbər inandırıcı gəlmir. Çünki Azərbaycan da daxil olmaqla İsrail Ermənistan və İranı çıxmaq şərtilə bütün regiona hərbi texnologiya satışı həyata keçirir. Azərbaycanla müdafiə sənayesi sektorunda əməkdaşlığı da mövcuddur."

Hərbi politoloq  İsrailin Azərbaycandan satdığı silahları Qarabağda istifadə etməmək kimi tələbinin olub olmamasına isə "İsrailin Qarabağda istifadə etməmək şərtilə Azərbaycana HAROP - pilotsuz uçuş aparatı satdığı da mümkünsüz versiyadır. Əksinə, istənilən silah satışı həyata keçirən ölkə, məhsulunun istifadəsində maraqlıdır ki, davamlı istehsal və ixrac həyata keçirə bilsin. Yəni birmənalı demək olar ki, büdcəsinin müəyyən hissəsini müdafiə texnologiyasının ixracı ilə dolduran İsrail, heç bir halda bu sektorda əməkdaşlığı dayandırmaz.", - deyə cavab verib.

Qeyd edək ki, İsrail tərəfi Ermənistanın İsrail silahlarını alma istəklərinə də müsbət cavab verib. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.