haberL haberR

Həsəkədə kürdlər və İŞİD arasında döyüşlər yenidən başlayıb

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 23.08.2016 17:48:31

Döyüşlər Şəddadi ətrafında yerləşən Əzavi kəndində yenidən başlayıb.

İslamazeri.az-ın "əl-Məyadin" telekenalına istinadən verdiyi xəbərə əsasən, “Suriya Demokratik Qüvvələri”nin (SDQ) döyüşçüləri  İŞİD terror qruplaşması yaraqlıları ilə Həsəkə əyalətinin cənubunda yerləşən Şəddadi şəhəri ərazisində şiddətli və qızğın döyüşlər gedir.

Telekanalın məlumatına əsasən, döyüşlər Şəddadi ətrafında yerləşən Əzavi kəndində yenidən başlayıb. 

Şəddadi şəhəri İŞİD terrorçularının Həsəkədə yerləşən əsas istinadgahlarından biri olub. Kürd və ərəb qoşunları yaşayış məntəqəsini fevral ayının əvvəlində azad ediblər. 

Şəddadi strateji əhəmiyyətə sahibdir. O Rəqqa, Həsəkə və Deyr-əz-Zor əyalətlərinin sərhəddində yerləşir. Terrorçular şəhəri dayaq məntəqəsi kimi istifadə edirdilər. Orada onlar hərbi dəstələr təşkil edirdilər (yaradırdılar, düzəldirdilər) və Suriyanın şimal-şərqindəki cəbhə xəttinə yollayırdılar.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.