haberL haberR

Həsən Amuli: "XİN Ərdoğanın İran səfərini gözdən keçirməlidir"

Kateqoriya: Siyasət Yayımlama tarixi: 28.03.2015 14:30:34 4797 dəfə oxunub.

Höccətil İslam cümə xütbəsində Yəmənə edilən təcavüz mövzusuna toxunub

İslamazeri.az-ın "Fars" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, Ərdəbilin cümə xətibi  Seyid Həsən Amuli İran Xarici İşlər Nazirliyinin Türkiyə prezidenti Ərdoğanın İran səfərini yenidən nəzərdən keçirməsini istəyib.

Ərdəbildə cümə xütbələri zamanı Səudiyyə Ərəbistanının Yəmənə hücumundan danışan Amuli Səud rejiminin Amerika, BMT Təhlükəsizlik Şurası və fitnəkar sarayın nökərləri olan Ərəbistanın vəhhabi müftilərindən Yəmənə hücum icazəsi alaraq bu ölkənin daxili işlərinə qarışdığını bildirib. Türkiyənin Səudiyyəni dəstəkləməsini və İrana dil uzatmasını tənqid edən Amuli İran Xarici İşlər Nazirliyinə Ərdoğanın İrana edəcəyi səfəri yenidən nəzərdən keçirməsini tövsiyə edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.