haberL haberR

Həsən Ruhani: "Biz bütün dünyaya sübut edəcəyik ki..."

Kateqoriya: Region Yayımlama tarixi: 22.12.2015 14:26:55

İran prezidenti ölkənin daxili vəziyyəti ilə bağlı açıqlamalar verib.

İslamazeri.az-ın İran mətbuatına istinadən verdiyi xəbərə görə, ölkənin seçki ərəfəsində həyəcanlı günlər yaşadığını deyən Həsən Ruhani bildirib: “Biz bütün dünyaya bir daha sübut edəcəyik ki, ölkəmizin idarə olunması xalqın səsinə bağlıdır. Parlament nümunəsini bölgədə ilk biz icra etmişik. Bu gün ölkədə vəhdət və birliyin şahidiyiksə, mühüm problemləri rahat şəkildə həll edə biliriksə bu, fəqihin vilayəti ideologiyasının və şəxsən rəhbərimizin sayəsindədir. Ümüd edirik özünü hazır bilən şəxslər bu seçkilərdə iştirak edəcəklər. Seçkilərdə rəqabət olmazsa müsbət ruhiyyədən söz gedə bilməz. Bizim sağlam rəqabətə ehtiyacımız var.” 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.