haberL haberR

Həsən Ruhani: "Bütün sanksiyalar götürüldükdən sonra son sənəd imzalanacaq"

Kateqoriya: Siyasət Yayımlama tarixi: 09.04.2015 12:51:28

"İranın "altılıq" ölkələrə son sazişi sanksiyalar tam götürülməyənədək imzalanmayacaq"

İslamazeri.az-ın “Ria”-ya istinadən verdiyi xəbərə görə, İran İslam Respublikasının prezidenti Həsən Ruhani dövlət televiziyası vasitəsi ilə çıxış edib.

Həsən Ruhani bəyan edib ki, İranın 5+1 formatında keçirilən danışıqların son sənədinin imzalanması yalnız Qərb ölkələrin İrana qarşı tətbiq etdiyi sanksiyaların ləğv edilməsindən sonra baş tutacaq.

Qeyd edək ki, aprelin 2-də İran və  BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvünün İranın nüvə məsələsinə dair ilkin razılığa gəliblər. Yekun sənədin iyun ayında imzalanacağı bildirilir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.