haberL haberR

Həsən Xomeyni namizədliyinin qəbul edilmədiyinə görə etiraz edəcək

Kateqoriya: Region Yayımlama tarixi: 30.01.2016 16:00:40

Ayətullah Xomeyninin nəvəsi “Xobreqan” məclisinin qərarına etiraz edəcəyini bildirib

İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə əsasən, bir neçə gün öncə “Xobreqan” məclisinə namizədliyini irəli sürülən və nəzarət təftiş komitəsi tərəfindən namizədliyi qəbul olunmayan Seyid Həsən Xomeyni bununla bağlı etiraz edəcəyini açıqlayıb.

Həsən Xomeyni seçkilərdə iştirak etməsilə bağlı deyib: “Mənim seçkilərdə iştirak etməyim tamamilə vəzifəmə əməl etməyə görə idi. Bununla bağlı hövzənin və dövlətin də yüksək rütbəli məsul şəxsləri mənə müraciət ünvanlayaraq seçkilərdə iştirak etməyimi istədilər. Xalq da bunu çox gözəl qarşıladı. Bir sıra böyük şəxsiyyətlərin mənim barəmdə qəti söz deməsinə və elmi dərəcəmi təsdiqləməsinə baxmayaraq namizədliyim qəbul edilmədi. Bir halda ki, ötən seçkilrdə daha rahat şəkildə və imtahansız bəziləri bu seçkilərə qəbul edilmişdi".

Həsən Xomeyni namizədliyinin qəbul olunmamasına təəccüb etdiyini bildirərək "Mənim elmi dərəcəmi dərslərim, yazılarım və məni təsdiq edən ustadlarım vasitəsi ilə qəbul etməyənlərin addımı həqiqətən də məni və bəzi əzizlərimi təəccübləndirdi. Qanuna əsasən bu qərara etiraz etməyə haqqım olsa da, bunun heç bir faydası olmayacağına əmin olduğuma görə bunu etmək fikrim yox idi. Lakin xalqın, hövzənin və bəzi siyasətçi əzizlərimin istəyini nəzərə alaraq öz etirazımı bildirmək qərarına gəldim" deyə danışıb.

Qeyd edək ki, təftiş komitəsi tərəfindən aparılan araşdıralar nəticəsində Seyid Həsən Xomeyninin İranın “Xobreqan” ruhani mütəxəssislərdən ibarət məclisinə namizədliyi qəbul edilməyib. Ətraflı

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.