haberL haberR

"Heydər" Məscidi Kopmleksinin rəhbəri məlum oldu?

Kateqoriya: İslam Yayımlama tarixi: 28.02.2015 15:31:55 3934 dəfə oxunub.

"Heydər" Məscidi Kompleksinin rəhbərinin adı rəsmi olaraq açıqlanmasada bu kompleksə rəhbərlik edən şəxsin kimliyi haqda mətbuatda məlumat yayılıb

İslamazeri.az xəbər verir ki, "İslam.az"-ın əldə etdiyi məlumata görə, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Sabir Həsənli Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində yaradılmış  "Heydər" Məscidi Kompleksi İdarəsinin sədri təyin edilib.

Hələlik məscidə axundlar təyin edilməsə də, bir neçə axundun təyinatı gözlənilir. Digər məlumata görə, axundlar hər həftə biri olmaqla məsciddə ibadətlərə rəhbərlik edəcək.

Qeyd edək ki, inşa olunan bu yeni məscid 12 min kvadratmetr sahədə salınıb. Məscidin fasadında bütün işlər görülüb, 95 metr hündürlüyündə 4 minarənin inşası başa çatdırılıb.

Ümumi sahəsi 4200 kvadratmetr olan məscidin daxilində də tamamlama-bəzək işləri başa çatıb. Burada da xüsusi bəzək elementlərindən istifadə olunub, günbəzin kənarlarına Quran ayələri yazılıb. Hündürlükləri 55 metr və 35 metr olan baş və ikinci günbəzlər məscidin daxilinə xüsusi gözəllik verir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.