haberL haberR

"Həzi Aslanov" stansiyasında eskalatorun təmiri başa çatıb

Kateqoriya: Sosial Yayımlama tarixi: 08.04.2016 11:09:17

Bakı metrosunun "Həzi Aslanov" stansiyasında eskalatorun təmiri başa çatıb.

Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

"Stansiyasının ikinci vestibülündə yerləşən 1 saylı eskalator bu gündən etibarən sərnişinlərin istifadəsindədir", — deyə N. Paşayev bildirib.

Qeyd edək ki, adıçəkilən eskalator 11 mart tarixində təmirə dayandırılıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.