haberL haberR

Həzrəti Musayla bağlı çəkilmiş film "sionist təbliğatı" adlandırıldı

Kateqoriya: İslam Yayımlama tarixi: 29.12.2014 0:02:12

Misirdə dekabrın əvvəlində təqdim edilmiş film "sionist təbliğatı" adlandılırıb

Ridli Skotun rejissorluğunu etdiyi “Hökmdarlar və Allahlar” filmi Mərakeşdən sonra Misirdə də qadağa edildi.

 

İslamazeri.az-ın “The New York Times”-a istinadən verdiyi xəbərə görə, Misir xalqı bu filmi tarixi yalan və sionizmin təbliğatı olaraq adladırıblar.

 

Filmə ssenarisinə əsasən, Misirdəki piramidalar yahudilər tərəfindən inşa edilib. Lakin Misirin Mədəniyyət Naziri Qəbur Əzfur filmdəki uydurmalara reaksiya bildirib. O deyib ki, bu ssenari yalnışdır və yəhudilərin piramidaların inşaasında heç bir əməyi olmayıb. O, fikrini hətta "İncil" kitabı ilə də əsaslandırıb.

 

Xatırladaq ki, bir neçə gün öncə bu film Həzrəti Musanın şəninin aşağı salınmasına görə, Mərakeşdə qadağan edilmişdi.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.