haberL haberR

"Həzrəti Yusif" serialının rejissoru ağır xəstədir

Kateqoriya: Region Yayımlama tarixi: 14.11.2015 10:18:39

"Həzrəti Yusif" serialının rejissoru Fərəcullah Sələhşur ağır xəstədir

İslamazeri.az-ın verdiyi xəbərə görə, 2008-ci ildə səhnələşdirilən və dünya müsəlmanlarının, o cümlədən Azərbaycan xalqının sevə-sevə tamaşa etdikləri "Həzrəti Yusif" serialının rejissoru Fərəcullah Sələhşur ağır xəstədir.

Əslən azərbaycanlı olan İran rejissoru bütün möminlərdən onun üçün dua edilməsini xahiş edib.

Həzrət Yusif serialının rejissoru Fərəcullah Sələhşur ağciyər xəstəliyindən əziyyət çəkir və bu xəstəliyinin ağırlaşması səbəbindən xəstəxanaya yerləşdirilib.

Azərbaycan Respublikasında da yaxşı tanınan İranın Qəzvin şəhərindən olan Fərəcullah Sələhşur bir çox dini filmlərin yaradıcısıdır. "Yusif Peyğəmbər", (Ancolos Kişiləri) " Men of Anjolos ", "Həqiqi Tövbə", "Əyyub Peyğəmbər" və … onun dəyərli işlərindəndir.

Fərəcullah Sələhşur "Musa Peyğəmbər" serialının da hazırlıq işlərini başlayıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.