haberL haberR

Hicablı alpinist dünyanın 5-ci zirvəsini fəth edib

Kateqoriya: İdman Yayımlama tarixi: 19.05.2016 19:19:00

Pərvanə Kazemi 8462 metr hündürlüyə malik Makalu zirvəsini fəth edən ilk alpinist olub

İslamazeri.az ParsToday-a istinadən xəbər verir.

Xəbərə görə, Malaku zirvəsi “Qara nəhəng” adı ilə məşhurdur, Nepal-Çin sərhəddində yerləşir.

Mayın 12-si, səhər saat 7-də (yerli vaxtla), İran vətəndaşı olan Pərvanə Kazemi Makalu zirvəsinin özündən mobil telefonla zəng edərək, fəthi haqda xəbər verib.

Pərvanə Kazemi 8 ildir ki, peşəakar alpinizmlə məşğuldur. Və Mahalanqur-Himal dağ silsiləsinin şərqində yerləşən və Everestdən 22 kilometr cənub-şərqdə yerləşən Makalu zirvəsini cəmi 1 həftəyə fəth edə bilən ilk alpinistdir.

Qeyd edək ki, xanım Kazemi zirvəyə tək başına qalxıb. Xatırladaq ki, daha əvvəl də iki iranlı xanım alpinist də Makalu zirvəsini fəth etmişdi, lakin onlar tək başına yox, qrup halında zirvəyə qalxmışdılar.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.