haberL haberR

Hicablıları təhqir edən aparıcı yenidən ANS-ə gəlir (Video)

Kateqoriya: Sosial Yayımlama tarixi: 03.09.2015 16:54:00

Hicablı qadınlara “bayquş” dediyi üçün ANS-dən uzaqlaşdırılan teleaparıcı Elnarə Təhməzova yenidən efirə qayıdır.

İslamazeri.az xəbər verir ki, bu haqda ANS-in “Facebook” səhifəsində bildirilib. Teleaparıcı yenidən “İncə maraqlar” və “İncə+” verilişi ilə tamaşaçıların görüşünə gələcək.

Qeyd edək ki, “İncə maraqlar” verilişində aparıcı E.Təhməzova hicablıların qara geyinməsinə etiraz edərək, belə geyinən xanımları “bayquş”a bənzətmişdi. Bundan sonra ANS-in Yaradıcılıq Şurası araşdırma apararaq aparıcını efirdən kənarlaşdırıb və onun müəllifi olduğu "İncə Maraqlar" və “İncə+” verilişlərinin yayımının dayandırılması barədə qərar vermişdi.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.