haberL haberR

Hindistanda daşqın: onlarla ölü

Kateqoriya: Dünya Yayımlama tarixi: 30.07.2016 12:56:25

Yüz minlərlə insan evlərini tərk etmə məcburiyyətində qalıb

İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, Hindistanın şimal-şərqində daşqınlar nəticəsində azı 43 nəfər həyatını itirib.

Güclü yağışlar regionda bir neçə gün öncə başlayıb. Cümə gününə olan vəziyyətə əsasən, Assam ştatında ölənlərin sayı 21 nəfər təşkil edib. Demək olar ki, 2 milyon nəfər insana təbii fəlakət bu və ya digər yolla ziyan dəyib.

Bihar ştatında isə 22 nəfər həyatını itirib, təxminən 400 min ştat sakini öz evlərini tərk etmək məcburiyyətində qalıblar.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.