haberL haberR

Hindistanda kimyəvi zavodda partlayış: Ölən və yaralananlar var

Kateqoriya: Dünya Yayımlama tarixi: 28.05.2016 13:55:17

Hindistanın Maxaraştra ştatında kimya zavodunda partlayış baş verib

İslamazeri.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə əsasən, Hindistanın Maxaraştra ştatında kimya zavodunda baş vermiş partlayış nəticəsində azı 12 nəfər həyatını itirib.

Daha əvvəl 5 nəfərin ölməsi və 120-dən çox insanın xəsarət alması haqda xəbər verilmişdi.

Hadisə cümə axşamı günü səhər saatlarında Mumbay şəhərində 50 kilometr aralıda yerləşən Dombivali şəhərindəki kimya zavodunda baş verib. İlkin versiyaya əsasən, “boyler” (qızdırıcı qurğu) partladıqdan sonra yanğın baş verib. Zavodda çoxlu sayda kimyəvi maddələrin olmasına görə yanğın kifayət qədər tez yayılıb. Xəsarət almış 70 nəfərdən çox insan xəstəxanalara yerləşdirilib, qalanlarına isə hadisə yerindəcə kpmək göstərilib.

Ölənlər arasında “Probace Enterprises” şirkətinin baş-direktorunun iki oğlu və gəlini də var.

Hüquq mühafizə orqanları şirkət rəhbərlərinə qarşı bir neçə maddə ilə cinayət işi açıblar.

Hindistanda kimyəvi zavodda partlayış: Ölən və yaralananlar var

/haberimaj/habergaleri/5W2H4R5T3E1I.JPG
  1. Hindistanda kimyəvi zavodda partlayış: Ölən və yaralananlar var

  2. Hindistanda kimyəvi zavodda partlayış: Ölən və yaralananlar var

  3. Hindistanda kimyəvi zavodda partlayış: Ölən və yaralananlar var

  4. Hindistanda kimyəvi zavodda partlayış: Ölən və yaralananlar var

  5. Hindistanda kimyəvi zavodda partlayış: Ölən və yaralananlar var

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.