haberL haberR

Hindistanda terrorçular bazarda insanlara atəş açdı: Çox sayda ölən və yaralananlar var

Kateqoriya: Dünya Yayımlama tarixi: 05.08.2016 17:05:46

Ehtimal edilir ki, hücumun arxasında “Bodolendin Milli-Demokratik Cəbhəsi” separatçı qruplaşması dura bilər.

İslamazeri.az-ın RT-yə istinadən verdiyi xəbərə əsasən, Hindistanın şimal-şərq ştatı Assam-da yerləşən Kokradjhar şəhərindəki bazarda terrorçuların törətdiyi atışma nəticəsində 14 nəfər həyatını itirib, 14 nəfər isə yaralanıb.

Bildirilir ki, terrorçular insanlara atəş açıblar. Polis isə cavab olaraq terrorçulara atəş açıb. Atəş açanlardan biri məhv edilib. Hadisə yerində Kalaşnikov avtomatı aşkarlanıb. Hökumət digər hücum edənlərin ələ keçirilməsi üzrə əməliyyat başladıblar.

Ehtimal edilir ki, hücumun arxasında “Bodolendin Milli-Demokratik Cəbhəsi” separatçı qruplaşması dura bilər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.