haberL haberR

Hizbullah Bəhreyn rejiminə: Bu addımlar ağılsızlıqdan başqa bir şey deyil

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 16.06.2016 17:29:02

ivan “Hizbullah”-ı Bəhreynin “Əl Vifaq” cəmiyyətinin fəaliyyətinin dondurulmasına münasibət bildirib

İslamazeri.az-ın “Əl Mənar"a istinadən verdiyi xəbərə əsasən, təşkilat yaydığı bəyanatda, “Əl Vifaq” cəmiyyətinin fəaliyyətinin dondurulmasını, “Ət Təviyyə” və “Ər Risalə” cəmiyyətlərinin isə fəaliyyətlərinin dayandırılmasını məhkum edib.

Bu addımları insan haqlarına açıq-aşkar təcavüz kimi qələmə verən “Hizbullah”ın bəyanatında “Fəliyyətləri dondurulan cəmiyyətlər zorakılıqla tanınmırlar. Ölkə məmurları böhranlı vəziyyəti bu addımlarla daha da gərginləşdirirlər. Bu addımlar xalqın qüdrətinin aradan getməsinə və haqlarını tələb etməklərindən əl çəkmələrinə səbəb olmayacaqdır. Bu addımlar ağılsızlıqdan başqa bir şey deyil.”, -deyə qeyd edilir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.