haberL haberR

"Hizbullah": Bəşər Əsəd olmadan Suriya böhranının həlli üçün atılan addımlar nəticəsiz qalacaq

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 04.08.2016 12:00:43

Livan “Hizbullah”-nın müavini, Suriya böhranı barədə açıqlamaları ilə gündəmə gəlib.

İslamazeri.az-ın “Reuters”-ə istinadən verdiyi xəbərə əsasən, Bəşər Əsəd olmadan Suriya böhranının həlli üçün atılan addımların nəticəsiz qalacağına toxunan Şeyx Nəim Qasim bildirib: “Bəşər Əsədin qalması ilə siyasi cəhətdən məntiqli və ağlabatan həll yollarını tapmaq mümkündür. Bununla da Suriyada iqtidarın dirçəlməsinə səbəb ola bilərlər. Bəzi ölkələr İraq və Suriyanı bölmək qərarına gəliblər. Lakin buna müxalif olan qüvvələr bu günədək, bu planın qarşısını almağa nail olublar. Lakin hələ də bölünmə ehtimalı mövcuddur. Təşkilatımız İŞİD-in Livana daxil olmasına mane olmuşdur. Bu böyük nailiyyətdir.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.