haberL haberR

Hizbullah: Bu bir daha terrorçuların alçaqlığını sübut etdi

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 04.07.2016 3:36:27

Livanın “Hizbullah” təşkilatı İraqda baş verən güclü partlayışla bağlı bəyanat yayıb

İslamazeri.az-ın “Əl Mənar”-a istinadən verdiyi xəbərə əsasən, təşkilat, İraqın əl-Kəradə bölgəsində baş verən və 300 nəfərdən çox insanın ölüm və yaralanma ilə nəticələnən terror hadisəsinə münasibət bildirib.

Hadisədə dünyasını dəyişənlərlə bağlı İraq xalqına, təqlid mərcələri və dövlət rəsmilərinə başsalığı verən “Hizbullah” bildirib: “Bu hadisə, terrorla mübarizə aparan və azad olan insanların birləşməsi üçün yeni bir səbəbdir. Döyüş meydanında məğlub olan terrorçular, dinc sakinlərdən intiqam alırlar. Bu məsələ onların alçaqlığının göstəricisidir. Onlar bu addımları ilə, dəyərlərdən uzaq olduqlarını sübuta yetirirlər.”

Qeyd edək ki, əl-Kəradə bölgəsində baş verən hadisədə 167 nəfər ölü, 200 nəfər isə yaralı qeydə alınıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.