haberL haberR

Hizbullah daha bir komandirini itirib - Foto

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 11.07.2016 11:30:40

Müxaliflər onun Suriyada, təşkilat isə Livanda həyatını itirdiyini bildirir

İslamazeri.az-ın “almasdarnews” saytına istinadən verdiyi xəbərə əsasən, ötən gün səhər saatlarında müxalif KİV-lər bildiriblər ki, Hizbullah komandirlərindən biri olan Hacı Samir Əli Avada Hələbin şimalında əl-Məllahdaki kənd təsərrüfatı yerlərinin yaxınlığında üsyançılarla döyüşdə öldürülüb.

Hizbullahın rəsmi nümayəndələri də həmçinin onun ölüm faktını təsdiqləyiblər, lakin, onların məlumatına əsasən, o, Livanda yerləşən xəstəxanada dünyasını dəyişib.

Hacı Samir, Hizbullah hərəkatının lideri Həsən Nəsrullahın yaxın dostu olub. Həsən Nəsrullah Hacı Samirlə tez-tez siyasi məsələlər üzrə məsləhətləşərdi.

Hizbullah komandirinin ölüm şəraitinin aydın olmamasına baxmayaraq, hər iki təfər onun ölümünü təsdiqləyir. Hizbullahı həyatını itirmiş komandiri, hərəkatın 2013-cü ildə Kuseyrdə Suriya münaqişəsinə qarışmasında sonra bir sıra döyüşlərdə iştirak edib.

Qeyd etmək lazımdır ki, Hacı Samirin harada olması haqda son zamanlar məlumat yox idi.

Hizbullah daha bir komandirini itirib - Foto

/haberimaj/habergaleri/2N9Z1I2L1W8Z.JPG
  1. Hizbullah daha bir komandirini itirib - Foto

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.