haberL haberR

Hizbullah: "Düşmənin hiylələri müqabilində ayıq olmalıyıq"

Kateqoriya: İslam Yayımlama tarixi: 21.10.2015 16:10:04

Livan Hizbullahının icraçı şurasının sədri Məhərrəm ayının 6-cı günü təşkil olunmuş əzadarlıq məclisində çıxış edib.

İslamazeri.az-ın “ƏlƏhd”-ə istinadən verdiyi xəbərə əsasən, təşkilatın icraçı şurasının sədri Seyid Haşim Səfiyuddin Məhərrəm ayının 6-cı günü ilə bağlı etdiyi çıxışda bildirib: “Düşmənin hiylələri müqabilində ayıq olmalıyıq. “Hizbullah” bu barədə çox müsbət addımlar atıb və gecə-gündüz bu barədə çalışan qruplara sahibdir. Müqavimət Livan və İslam ümməti üçün ciddi faydalar ərməğan etmişdir. Onlardan biri ağır şəraitdə belə düşmənlə mübarizə eməkdir. Müqavimət Sionist rejiminin bu gün qorxu içində olmasına nail oldu. Müqavimət həmçinin Fələstinin azad olunma və Sionist rejiminin məhv olma ümüdünü qəlblərdə yaratdı. Müqavimət əsgərləri öz canlarını bu yolda verməyə hazırdırlar. Səudiyyə Ərəbistan hakimləri və bəzi farz körfəzi ölkələri bölgədə müqavimətin aradan getməsi üçün əllərindən gələni edirlər. Bütün bunlara baxmayaraq biz yaxın gələcəkdə Allahın izni ilə müqavimətin bölgədə yeni uğurlarının şahidi olacağıq.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.