haberL haberR

“Hizbullah” əsas düşmən hədəfini açıqladı

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 27.05.2016 18:16:16

“Hizbullah” rəsmisi həqiqi savaşlarının İsrail rejimi ilə olduğunu bildirib.

İslamazeri.az-ın “Əl Mənar”-a istinadən verdiyi xəbərə görə, bunu Livan “Hizbullah”-nın baş katibin müavini Şeyx Naim Qasim bildirib.

Şeyx Naim Qasim deyib: “Həqiqi savaş birdir, o da İsrail rejimi ilə olan savaşımızdır. Ərəb ölkələri birbaşa olaraq Fələstin məsələsini hədəfə alaraq, İsrailin mövqeyinin möhkəmlənməsi üçün çalışırlar. Bu ölkələr İsrail rejimi ilə əlaqələrini gözəlləşdirirlər. Müqaviməti davam etdirmək zəruri vəzifələrimizdəndir. Bu günün yumuşaq savaşı düşüncələrin formalaşmasına səbəb olur. Bəziləri bu savaşla müxtəlif qətnamələr qəbul edərək bizim adımızı dünyada ləkələməyə çalışırlar.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.