haberL haberR

"Hizbullah" əsgərləri əl-Qələmun bölgəsində zəfər qazandılar

Kateqoriya: Dünya Yayımlama tarixi: 04.05.2015 11:15:58

Əl-Qələmun bölgəsində əməliyyatlara hazırlıq getdiyini sezən terrorçular ağır itkilər verəcəklərini ehtimal verib qərargahdan qaçıblar

İslamazeri.az-ın "IRIB"ə istinadən verdiyi xəbərə görə, "Hizbullah" döyüşçüləri Livanın Suriya sərhədində yerləşən əl-Qələmun bölgəsinin idarəsini heç bir qarşıdurmaya girmədən ələ keçirib və təyin olunan hədəfi reallaşdırıb.

"Reuters" agentliyinin verdiyi xəbərə görə, Suriya ordusu və Livan "Hizbullah" hərəkatının ortaq əməliyyat xəbərini eşidən terrorçular haqqında danışılan bölgədəki mövqelərindən qaçdıqları və qərargahlarının "Hizbullah"ın əlinə keçdiyi bildirilir.

Xəbərə görə, Suriyanın əl-Qələmun bölgəsində son bir neçə gündür ki, Suriya ordusu və Livan "Hizbullah" qüvvələri arasında hərbi əməliyyat üçün hazırlıq işləri getdiyini müşahidə edən terrorçuların bu əməliyyatda ağır itkilər verəcəklərini ehtimal verib bölgə və qərargahlarından qaçdıqları bildirilir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.