haberL haberR

"Hizbullah", əsgərlərinin öldürülmə xəbərin təkzib edir

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 07.07.2016 16:20:08

Livanın "Hizbullah" hərəkatı 27 döyüşçüsünün Suriya ilə sərhəddə öldürülməsi xəbərini təkzib edib

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə görə, Livanın "Hizbullah" hərəkatı, Livan-Suriya sərhəddində yerləşən Qələmun rayonunda terrorçular tərəfindən müqavimətin 27 döyüşçüsünün öldürülməsi və 14-nün də əsir götürülməsi  xəbərini təkzib edib. “Əl-Məyadin” telekanalı "Hizbullah" hərbi komandanına istinadən bildirib.

“Bu cür xəbərlər terrorçuların uğursuzluqlarını ört basdır etmək cəhdləridir.” – deyə livanlı hərəkat nümayəndəsi bildirib.

Şiə hərəkatının səhra komandirinin sözlərinə görə Sərqay rayonunda, Qələmunda Suriya ordusunu döyüşçüləri "Nusra Cəbhəsi" terror təşkilatının hərbi əməliyyatlarından əsas məsul olan şəxsi – Əbu Übeydə ləqəbli terrorçunu məhv edib.

İyun ayının əvvəlində KİV-lər Livan "Hizbullah"ının Hələb əyalətinin cənubunda böyük itkilər verməsi haqda xəbər yaymışdı. İyun ayının 24-ü hərəkatın baş-katibi Seyid Həsən Nəsrullah bildirmişdi ki, iyun ayının əvvəlindən hərəkat 26 döyüşçüsünü itirib və cəbhənin bu istiqamətində müxtəlif terror qruplaşmalarından olan 617 terrorçu məhv edilib.

Xatırladaq ki, "Hizbullah" demək olar ki, Suriya böhranının əvvəlindən terror qruplaşmaları ilə döyüşür. Hərəkat nümayəndələri dəfələrlə deyiblər ki, “onlar ekstremizmlə mübarizədə” Suriya hökümətinin yanında durublar və terrorçuların Livan ərazilərinin dərinliklərinə girmələrinə mane olaraq, aktiv şəkildə həm ölkənin dərinliklərində, həm də Suriya-Livan sərhəddində hərəkət etməyə davam edirlər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.