haberL haberR

'Hizbullah': 'İsraili gözləmədikləri yerdə və anda vurduq...'

Kateqoriya: Dünya Yayımlama tarixi: 28.01.2015 16:33:03 5714 dəfə oxunub.

Livan "Hizbullah" hərəkatının İsrailə hücum etməsilə bağlı yeni təfərrüatlar gəlir...

İslamazeri.az xəbər verir ki, hazırda "Əl Mənar" telekanalında bu haqda xüsusi buraxılış yayımlanır.

"Hizbullah" rəsmiləri də daxil olmaqla, bir çox şəxslər canlı yayıma qoşulurlar.

"Hizbullah" rəsmilərindən biri bu hücum haqda açıqlaması zamanı deyib: "İsraili yenə gözləmədikləri yerdə, gözləmədikləri anda vurduq. Bu Quneytrədə etdikləri ağılsızlıqlarının cavabıdır. İsrail bu ağılsızlıqlarının cavabını ödəməkdədir. Hücumlarımız davam edəcək".

Qeyd edək ki, İsrailin 9 hərbi texnikası "Hizbullah" tərəfindən bu gün səhər vurulub. Hücum zamanı ən azı 17 İsrail hərbçisi həyatını itirib. Ölənlərin sayının artması istisna deyil. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.