haberL haberR

“Hizbullah” Livan hökumətindəki fəaliyyətini dayandırıb

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 25.08.2015 18:43:50

Xristian blokundan olan nazir və “Hizbullah” Livan hökümətini tərk edib

İslamazeri.az-ın Livan mediasına istinadən verdiyi xəbərə görə, Livan hökumətində təmsil olunan xristian  Azad Vətənpərvər Hərəkatının naziri Təmam Salam və “Hizbullah” partiyası Livanda baş verən son etirazlar səbəbilə Livan hökumətini tərk ediblər.

“Biz hökumətdə fəaliyyətimizi koalisiya hökümətinin qurulması şərtlərindən olan əməkdaşlığın pozulması səbəbilə sona çatdırdıq” Bu bəyanatla kənd təsərrüfatı naziri Husey Xəc Həsə çıxış edib.

“Hizbullah” və xristian “AVH”-nin Livan hökumətini tərk etməsinə baxmayaraq, hökumət iclasını davam etdirir.

Qeyd edək ki, Livanda son günlər hökumətə qarşı etiraz aksiyaları keçirilir. Etirzlarda əsasən gənclər iştirak edir. Etirazçıların tələbi bələdiyyələrinin işlərinin öhdəsindən gəlməməsi və rüşvətxor məmurların cəzalandırılmasıdır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.