haberL haberR

"Hizbullah": Livan və Suriya terrorla mübarizə məsələsində birləşməlidir

Kateqoriya: Siyasət Yayımlama tarixi: 17.03.2015 15:46:48

"Hizbullah" liderinin köməkçisi maraqlı açıqlamalar verib

İslamazeri.az-ın "Mehr" agentliyinə istinadən verdiyi xəbərə görə, "Hizbullah" liderinin köməkçisi Nəim Qasım Livan və Suriyanın terrorla mübarizə məsələsində birləşməsinin vacibliyini vurğulayıb.

Bölgəni təsiri altına alan terror təşkilatları haqqında danışan Livanın "Hizbullah" hərəkatının rəhbər köməkçisi  Nəim Qasım belə qeyd edib: "Arsal və Qələmun dağlarında baş verən hadisələrin qarşısının alınması üçün Livan və Suriyanın hərbi sahədə əməkdaşlıq etmələri lazımdır və bu əməkdaşlıq cəsarət və siyasi realizm tələb edir".

ABŞ Dövlət Katibi Conc Kerrinin Əsədlə bağlı açıqlamasında diqqət çəkən Nəim Qasım sözlərinə belə davam edib: "ABŞ  bölgə və xüsusilə Suriyadakı problemlərin Əsəd olmadan həll edilməyəcəyini etiraf etdi. İndi Livanın da təkfirçi terrorçularla  mübarizə məsələsində Suriya ilə əməkdaşlıq etməsinin vacibliyini incələməliyik. Əməkdaşlıq xərclər və zərərlərin azalması üçün  yeganə həll yoludur".

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.