haberL haberR

Hizbullah Mustafa Bədrəddinin ölümündə günahkar olanları açıqladı

Kateqoriya: Dünya Yayımlama tarixi: 14.05.2016 13:47:59

Livan "Hizbullah" hərəkatı Suriyada öldürülən komandirləri Mustafa Bədrəddinin öldürülməsinin səbəbini açıqlayıb

İslamazeri.az "Əl Mənar"a istinadən verdiyi xəbərə görə,  Livanın “Hizbullah” hərəkatı bildirib ki, onun əsas komandirlərindən biri olan Mustafa Bədrəddinin ölümündə günahkar, “Hizbullah”-ın Dəməşq yaxınlığındaki bazasını atəşə tutmuş terror qruplaşmalarıdır.

Hərəkatın rəsmi telekanalı “Əl Mənar”ın saytında bildirilir ki, Hizbullahın Dəməşq hava-limanı yaxınlığındaki bazasındaki parlayış, təkfirçi qruplaşmaların artilleriya atəşi nəticəsində baş verib.

Hərəkat, bu nəticəyə şəxsi araşdırmaları sayəsində gəldiklərini bildirib.

Xatırladaq ki, Livan şiə hərəkatı “Hizbullah” Suriyadaki böhranın ilk günlərindən, oradaki terror qruplaşmaları ilə döyüşür.

Mustafa Bədrəddin kimdir?

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.