haberL haberR

"Hizbullah" "Nusra Cəbhəsi" mövqelərinə zərbələr endirib

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 26.08.2016 18:26:21

"Hizbullah" terrorçuların səngərinə raket zərbəsi endirib, nəticədə orada gizlənmiş terrorçular məhv edilib və yaralanıblar.

İslamazeri.az-ın SANA-ya istinadən verdiyi xəbərə əsasən, bu gün günorta saatlarında Livanın müqavimət hərəkatı "Hizbullah" Cərud-Ərsalda “Nusra Cəbhəsi” terror təşkilatının mövqelərinə zərbələr endirib.

"Əl-Manar" telekanalının məlumatına əsasən, "Hizbullah" terrorçuların səngərinə raket zərbəsi endirib, nəticədə orada gizlənmiş terrorçular məhv edilib və yaralanıblar.

Bu gün səhər saatlarında Livan ordusu həmçinin Cərud-Ərsalda terrorçuların mövqelərinə zərbələr endiriblər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.