haberL haberR

"Hizbullah" “Nusra Cəbhəsi” terrorçuları üzərində qələbələr qazanmağa davam edir

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 05.06.2015 19:00:00

Livanın şimal-şərqində "Hizbullah" hərbçiləri “Nusra Cəbhəsi” terrorçularını bölgədən təmizləməyə davam edir

İslamazeri.az-ın “Sana”-ya istinadən verdiyi xəbərə görə, Livanın şimal-şərqindəki Cərud Ərsal rayonunda "Hizbullah" müqavimət hərəkatı hərbçiləri strateji yüksəkliklər olan Sərc Əl-Mamləhə, Əl-Əmanə, Əl-Mənyarə, Ras-Tələa, Vadi Əl-Vəhta və Hərf Vadi Əd-Dub rayonlarını tam ələ keçirərək Cəbəl Şaabət Əl-Kəlyaə strateji məntəqələrinə tərəf irəliləyirlər.

Döyüşlər nəticəsində çox sayda “Nusra Cəbhəsi” terrorçusu məhv edilib. Bundan əlavə, Livan ordusu Ərsal rayonu ərazisindən Livan daxilinə keçmək istəyən “Nusra Cəbhəsi” terrorçularını artilleriya zərbəsi ilə geri çəkilməyə məcbur edib. Livan ordusu terrorçuların Ras-Baalbək bölgəsində yerləşən saxlanc yerlərinə zərbələr endirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.