haberL haberR

“Hizbullah”: “Səudiyyə Ərəbistanı terrorçulara nə qədər silah göndərsə də, istədiyi nəticəni əldə edə bilməyəcək!”

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 25.08.2016 16:07:46

Livanın “Hizbullah” təşkilatının icraçı şurasının müavini, Ərəbistanın Suriyayla bağlı planlarından danışıb

İslamazeri.az-ın “Əl Aləm”-ə istinadən verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanının Suriya prezidenti Bəşər Əsədi devirməklə bağlı röyalarının puç olduğunu deyən Şeyx Nəbil Qavuq bildirib: “Suriyada baş verən son hadisələr onu göstərir ki, Səudiyyə Ərəbistanı terrorçulara nə qədər silah göndərsə və diplomatik əlaqələrindən istifadə etsə də, istədiyi nəticəni əldə edə bilməyəcək və ölkənin qanuni hakimiyyətini devirə bilməyəcək. 5 ildir ki, Suriya dövləti və xalqı təvacüzkarlarla mübarizə aparır və hazırda keçilməz körpü halına gəlmişdir. Biz Suriyada təkfirçilərlə mübarizəyə davam edəcəyik. Çünki bu savaşın nəticəsi Livanın taleyini bəlli edəcəkdir. İŞİD və "Nusra" Livan xalqı üçün strateji təhlükəyə sahibdirlər. Bu səbəbdən bizim milli vəzifəmizdir ki, təkfirçi qruplarla ölkədən xaricdə də mübarizə aparaq. Biz xalqa qarşı olan vəzifələrimizi icra etməkdən əl çəkməyəcəyik.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.