haberL haberR

"Hizbullah": Səudiyyənin İŞİD-dən fərqi yoxdu

Kateqoriya: İslam Yayımlama tarixi: 05.05.2015 18:11:11

Livan "Hizbullah"ı Səudiyyə Ərəbistanının İŞİD-dən fərqi olmadığını bildirib

İslamazeri.az-ın "ISNA"-ya istinadən verdiyi xəbərə əsasən, "Hizbullah"ın baş katib müavini Nəim Qasim dünyanın Yəməndə baş verən hadisələrə sükutunun təəssüf doğurduğunu deyərək bildirib: "Yəməndə baş verənlər ABŞ və Səudiyyə Ərəbistanı tərəfindən törədilən, insaniyyət və qanunu aşan cinayətlərdir. Biz regionun və dünyanın bu hadisələrə susmasını təəccüb və təəssüflə qarşılayırıq. Bu sükut elə bir vəziyyətə gəlib çıxıb ki, BMT də Yəmənə yardımların getməsinə narazıdır. Həqiqətdə onların hamısı bu cinayətləri təsdiqləyirlər".

Şeyx Nəim Qasim Səudiyyə Ərəbistanı və İŞİD-in aralarında heç bir fərq olmadığıni vurğulayıb: "Bunların arasında nə kimi fərq var? İŞİD insanları öldürür və başlarını kəsir. Səudiyyə də öz növbəsində körpələri, qadın və az yaşlıları qətlə yetirir. Səudiyyə və İŞİD ərəb və müsəlmanları öldürür, düşmənləri deyil. Ərəbistan bu layihə ilə İsrailə yardım edir. Çünki, müsəlmanlar arasında ixtilaf yaratmaq İsrailin bir nömrəli planıdır".

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.