haberL haberR

"Hizbullah" Suriya və Livan ordusundan danışdı

Kateqoriya: Siyasət Yayımlama tarixi: 02.03.2015 14:15:16

Şeyx Nəbil Qavuk Suriya və Livan ordusuyla bağlı açıqlama verib

İslamazeri.az-ın "Al-Mayadin" kanalına istinadən verdiyi xəbərə görə, Livanın "Hizbullah" hərəkatının İdarə Heyətinin sədr müavini Şeyx Nəbil Qavuk Suriya ordusunun Quneytra və Dəra bölgələrində, Livan ordusunun, xüsusilə Balbek bölgəsindəki uğurlarının iki ölkəni gələcəkdə İsrailin hücumlarından qoruyacağını bildirib. 

Şeyx Nəbil açıqlamasında belə danışıb:   "Bu cür fəaliyyət təfkirçi təşkilatların Livandan uzaq durmalarını təmin edir. Təkfirçi təşkilatlar qarın əriməsindən sonra Livan kəndlərinə hücumlar təşkil etmək istəyir. Bu cür terror fəaliyyətlərinə qarşı  Livan üçün kütləvi dəstək işlərinin təşkili və  bunlar baş vermədən mübarizə aparılması vacibdir. Livan ordusunun təkfirçi təşkilatlara qarşı fəaliyyəti Livanın gücünü göstərir. Livan terrorçular  və sionist İsraillə mübarizə aparmaq üçün ən üstün gücə sahib olduğunu bütün dünyaya göstərib. Livan könüllü dəstələr və müqavimət ordusu ilə terrorçulara qarşı durmağı bacardı. Bu birliyin təməlinə diqqət yetirsək, livanlıların eyni cəbhədə yer almalarının və Livan ordusunu dəstəkləmələrinin vacibliyi nəticəsinə gələrik".

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.