haberL haberR

"Hizbullah" Suriyadan çəkilsə, Səudiyyə terrorçulara dəstəyini dayandıracaq

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 10.08.2015 14:42:18

Suriya Səudiyyə Ərəbistanı rejiminin rəhbərlərindən xoş niyyətlərini sübut etmələrini istəyib

İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə görə, Suriyanın milli təhlükəsizlik rəhbəri ər-Riyada səfər edərək Ərəbistan əmiri Məhəmməd bin Salmanla görüşüb.

Bəşər Əsədin nümayəndəsi olaraq səfər edən Əli Məmluk Səudiyyə Ərəbistanı rəsmiləri ilə görüşərək onlardan xoş niyyətlərini sübut etmək üçün əməli şəkildə işə başlamalarını istəyib. Əli Məmluk bu haqda belə deyib:
“Suriya dövlətini çökdürmək üçün olan proqramlarınıza yenidən göz gəzdirin və terrorçu qruplara olan maddi yardımınızı dayandırın. Mövqeləriniz islah olunmalıdır”.

Məlumata əsasən, Səudiyyə rəsmisi bu xahişin "Hizbullah"ın Suriyanı tərk etməsi təqdirində reallaşacağını söyləyib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.