haberL haberR

"Hizbullah" terrorçuların 40 baza, 4 qərargahını məhv edib (Video)

Kateqoriya: Dünya Yayımlama tarixi: 20.05.2015 14:14:53 3319 dəfə oxunub.

Livan "Hizbullah"ı Qəlamunda terrorçuların 40 baza, 4 qərargahını məhv edib

İslamazeri.az-ın "Əl-Mənar"a istinadən verdiyi xəbərə görə, Livan "Hizbullah"ı iki həftə ərzində Suriyanın Qəlamun bölgəsində terrorçuların 40 baza, 4 qərargahını məhv edib.

Verilən məlumata görə, bazalarda terror aktları törədilməsi üçün partlayıcı quraşdırılmış avtomobillər olub.

İki həftəlik döyüşlər zamanı "Hizbullah" Qəlamunda terrorçuların 5 əməliyyat qərargahından 3-nü məhv etməyə müvəffəq olub. Bundan başqa, terrorçuların mərkəzi qərargahı da yerlə-eyksan edilib.

Məhv edilən qərargahlar Assal-Əl Vard, Əl Cuba, Rəs l Mərrə və Flita Əl Məşriq rayon və kəndlərində olub.

Verilən digər məlumata görə, "Hizbullah" və Suriya ordusu Qəlamundakı əksər yüksəklikləri, terrorçuların baza üçün istifadə etdikləri mağaraları ələ keçirib, Əs-Səxric, Əd-Dar, Əs Sədada, Əl Bəydar, Əd Daasa və Əl  Fəzlə keçidlərində kontrolu bərpa edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.