haberL haberR

Hizbullah: Türkiyənin bəzi məsələlərdə yumşaqlıq göstərməsi mümkündür (Təfərrüat)

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 11.08.2016 12:38:32

"Suriyada və regionda baş verən proseslər, məsələn Türkiyədə baş verən hadisələr və Avropada baş verən proseslərin hamısı, şübhəsiz bəzi dəyişiklikləri də bərabərində gətirəcək və Türkiyənin bəzi vəziyyət və məsələlərdə yumşaqlıq göstərməsi mümkündür."

İslamazeri.az "Əl-Məyadin" kanalına istinadən xəbər verir ki, Livanın "Hizbullah" Hərəkatının İdarə Heyətinin sədri Haşim Safiyuddin "Hizbullah"a qarşı aparılan təbliğatların və "Hizbullah"ın bölgədəki və Livandakı dəyişikliklərin səbəbkarı kimi göstərilməyə çalışılmasının mühüm mərhələdə olduğunu göstərdiyini açıqlayıb.

Haşim Safiyuddin "Suriyada böhran çıxarılmasının məqsədi Müqavimət Cəbhəsini və Ərəb dünyasını daxili müharibə və qiyamlarla məşğul etməkdir. Və bununla da sionist rejim etibarda olacaq. Amerika (ABŞ - red.) illərdir bu hədəfi reallaşdırmaq üçün çalışır", - deyib.

Safiyuddin verdiyi müsahibədə bunları deyib:

"Bütün media kampaniyalarının, siyasi aksiyaların və təzyiqlərin səbəbi "Hizbullah"ı regiondakı və Livandakı bütün hadisələrin səbəbkarı kimi göstərməyə çalışmaqdır. Bu çox mühüm bir mərhələdə olduğumuzun sübutudur.
Suriyada və regionda baş verən proseslər, məsələn Türkiyədə baş verən hadisələr və Avropada baş verən proseslərin hamısı, şübhəsiz bəzi dəyişiklikləri də bərabərində gətirəcək və Türkiyənin bəzi vəziyyət və məsələlərdə yumşaqlıq göstərməsi mümkündür.
"Hizbullah"ın İsrail ilə müharibəyə hazırlıqlı olmasının Suriyadakı mövcud vəzifəsi ilə bir əlaqəsi yoxdur. Çünki İsraillə müharibəyə hazırlıqlı olmaq məsuliyyəti Müqavimətin vəzifəsidir və heç bir şəkildə və heç bir şəraitdə bu vəzifəni yerinə yetirməkdən imtina etməyəcəkdir."

Safiyuddin ona yönəldilən; "Hizbullahın Səudiyyə Ərəbistanına qarşı mövqeyi ilə bağlı" sualı belə cavablandırıb: "Səudiyyə Ərəbistanının yaratdığı gərginliklər və etdiyi hərəkətlər qarşısında "Hizbullah"ın reaksiyası təbiidir."

Safiyuddin Ərəbistanın Yəmən və Bəhreyndə baş verən böhranlarda roluna dair olaraq da bunları söyləyib: "Ağıllı və insani duyğulara malik bir insan Yəməndə baş verən hadisələr qarşısında səssiz və tamaşaçı qala bilərmi?"

"Hizbullah" İdarə Heyətinin sədri Bəhreyndə xalqın sülh hərəkatlarına qarşı törədilən qəddar aksiyaların əsas mənbəyinin Səudiyyə Ərəbistanı olduğunu bildirib.

Safiyuddin bundan başqa, bir çox Ərəb rejiminin Fələstin müqavimətinə qarşı tələ qurduğunu və Fələstini daxili münaqişələrlə, siyasi korrupsiya və başqa ölkələrin məsələləri ilə məşğul etməyə çalışdığını bildirərək, "Müqavimətin İsrail qarşısında qələbələrə gedən yoluna mane olmağa çalışan rejimlər bu gün yox olmuşdur", - deyib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.