haberL haberR

"Hizbullah" və Suriya ordusu 'Cənub üçbucağı' əməliyyatlarına başladı (Video)

Kateqoriya: Dünya Yayımlama tarixi: 02.03.2015 14:46:18 5741 dəfə oxunub.

Suriya ordusu və "Hizbullah"ın Şam, Dəra və Quneytra çölündəki çox sayda kəndi və təpəni nəzarət altına alındığı bildirilib

İslamazeri.az-ın “YDH”yə istinadən verdiyi xəbərə görə, Suriya ordusu və "Hizbullah"ın Şam, Dəra və Quneytra çölündə daha öncə apardığı əməliyyatlara dünən yenidən başladığı bildirilib. Əməliyyat sonrası çox sayda kənd və təpənin nəzarət altına alındığı bildirilib.

Fransanın xəbər agentliyi yayımladığı məlumatda, Suriya ordusu İran və İraq qüvvələrinin köməyi ilə dünən gecə Şam şəhərinin qərbində yerləşən Hamrit və Sebsəba bölgələrində “Nusra Cəbhəsi” terrorçuları ilə toqquşmadan sonra Suriyanın Həbbariyə bölgəsi ətrafında çox sayda təpənin nəzarət altına keçirildiyini bildirib.

Qeyd edək ki, Suriya ordusu ilə "Hizbullah"ın 3 həftə əvvəl Dəra, Quneytra və Şam çölü üçbucağında başlatdığı əməliyyatlarda Deyr-ades və Kefer Nasic bölgələri nəzarət altına alınmışdı. Lakin hava şəraitinin uyğun olmaması səbəbi ilə əməliyyatlara bir müddət ara verildiyi bildirilmişdi.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.