haberL haberR

"Hizbullah"dan BMT İnsan Haqları bəyanatına reaksiya

Kateqoriya: Siyasət Yayımlama tarixi: 31.03.2015 17:27:30

"Hizbullah" müqavimət hərəkatı BMT-nin qərarını pisləyib

İslamazeri.az-ın "IRIB"-ə istinadən verdiyi xəbərə görə, Livanın "Hizbullah" hərəkatı  yazılı açıqlama verərək, Suriyada "Hizbullah" tərəfindən insan hüquqlarının pozulduğunu iddia edən BMT İnsan Haqları bəyanatını pisləyib və bu fərmanının qəbuledilməz olduğunu bildirib.

Livanın "Hizbullah" hərəkatı BMT İnsan Haqları Şuranın siyasi qərarının ABŞ və sionistlərin bu beynəlxalq qurum üzərindəki təsir və nəzarətlərini göstərdiyini və bunun üçün bu qurumun qətnaməsinin qanunsuz və əsassız olduğunu bildirib. Bu fərmanının qəbul edilməsində bəzi region ölkələrinin də əlinin olmasının "Hizbullah" müqavimətinin mühüm və böyük rolundan onların nə qədər qorxuya düşdüklərinin göstəricisi olduğunu bildirən Livan "Hizbullah" hərəkatı, bu kimi qətnamələrin "Hizbullah"ın mübarizə əzmini daha da artıracağını və bu yolda daha da qərarlı edəcəyini bildirib.

"Hizbullah" bu bəyanatda, həmçinin mövcud təzyiqlər qarşısında müqavimət göstərən bəzi dost və qardaş ölkələrin mövqeyindən dolayı da təşəkkürlərini bildirib.

Xatırladaq ki, BMT İnsan Haqları Şurasının Cenevrədə keçirilən son illik iclasında ABŞ, İngiltərə, Ərəbistan və Qətər kimi ölkələrin dəvət və planı üzərində Livan "Hizbullah" hərəkatı Suriyada insan haqlarını pozan tərəf kimi pislənmişdi.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.