haberL haberR

Hizbullahdan Rusiyanın əməliyyatlarına dəstək

Kateqoriya: Dünya Yayımlama tarixi: 08.10.2015 11:45:53

Şeyx Naim Qasim Rusiyanın hərbi əməliyyatlarını müdafiə etdi

İslamazeri.az-ın "Mehr"ə istinadən verdiyi məlumata görə, Hizbullah baş katibinin müavini Şeyx Naim Qasim bugünkü çıxışında Rusiyanın Suriyadakı hərbi varlığının terrorizmlə mübarizədə vacib olduğunu bildirib.

Terrorçulara qarşı mübarizənin böyük əhəmiyyət daşıdığını qeyd edən Şeyx Naim Qasim Qərbin və ABŞ-ın terror təşkilatlarına dəstəyilə terrorizmin daha geniş vüsət almasına səbəb olduğunu dilə gətirib.
Naim Qasim terrorçuların hər zaman müqavimət qarşısında sərt cavab aldığına işarə edərək "Terrorçuları Livandan çıxaran və Suriya-Livan sərhədində məğlubiyyətə uğradan müqavimət idi", - deyə qeyd edib.

Livandakı proseslərə də toxunan Şeyx Naim Qasim ölkədəki problemləri həll etmək üçün milli birliyin lazım olduğunu vurğulayıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.