haberL haberR

'Hizbullah'ın baş katibi: 'Məzarlarınızı hazırlayın!'

Kateqoriya: Dünya Yayımlama tarixi: 23.01.2015 15:10:55 2602 dəfə oxunub.

"Hizbullah"ın hər an reallaşa biləcək hücum qorxusu İsraili təşvişə saldı

İslamazeri.az-ın "Shafaqna"ya istinadən verdiyi xəbərə görə, İsrailin Suriyanın cənubunda "Hizbullah" əsgərlərinə qarşı işlədiyi cinayətin ardından "Hizbullah"ın baş katibi seyid Həsən Nəsrullahın İsraili "Məzarlarınızı hazırlayın" şəklində xəbərdarlıq etməsinin ardından İsraildə tam bir qorxu havasının yaşandığı bildirilir.

"Əl-Aləm" telekanalının bildirdiyinə görə, İsrail rejiminin işğalındakı Fələstin torpaqlarında hər an "Hizbullah" əsgərləri tərəfindən hücun ediləcəyi ehtimal edilir. Bu səbəbdən qarşı tərəfin təşvişə düşərək sığınacaqlara girmək üçün hazırlıq gördükləri qeyd olunur.

Digər tərəfdən bəzi sionist rəsmilər Suriyada "Hizbullah"a qarşı baş verən olayda İsrailin rolunun olmadığını irəli sürüblər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.