haberL haberR

"Hizbullah"ın baş katibinin müavini Tehranın cümə xütbəsində (Foto)

Kateqoriya: Region Yayımlama tarixi: 14.08.2015 17:20:02

Tehranın bu həftəki cümə xətibi Ayətullah Əhməd Cənnəti olub

İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə əsasən, Tehranın bu günkü cümə xətibi Ayətullah Əhməd Cənnəti olub.

Bu günkü cümə namazı namaz iştirakçıları üçün gözlənilməz olub. Belə ki, "Hizbullah"ın baş katibi Seyid Həsən Nəsrullahın müavini Şeyx Naim Qasim Tehranın cümə xütbəsinə qatılıb. Cümə namazının xütbəsindən əvvəl o çıxış edib. Şeyx Qasim Livanın İsrailə qarşı mübarizəsinin davam edəcəyini bildirərək İsrailə qarşı 33 günlük müharibədən danışıb. O həmçinin təkfirçilərin planlarından söz açaraq bu planlara qarşı müsəlmanların ayıq olmasının vacibliyini qeyd edib.

Tehranın bu günkü cümə xətibi Ayətullah Əhməd Cənnəti xütbəsində İranın nüvə müzakirələrinə toxunaraq bildirib: “Nüvə məsələsi milli məsələdir. Bu məsələyə hansısa partiya, qrup, hərəkatın məsələsi kimi baxılmamalıdır. Ayətullah Xameneinin bildiriyi kimi, bizim ABŞ qarşısında mövqeyimiz dəyişməyib və İran İslam Respublikası yenə də imperialist qüvvələrin qarşısında məzlumların isə yanındadır . İran Fələstin xalqını, Livan və dünya mücahidlərini dəstəkləməyə davam edəcəkdir. Biz ABŞ-la Yaxın Şərqdə 180 dərəcə fikir ayrılığına sahibik. Qərb müzakirələr vasitəsi ilə ölkəmizin bölgə ilə bağlı siyasətini dəyişə biləcəyini düşünməsin. Müzakirə heyəti gündüz-gecə demədən əziyyət çəkdilər və mümkün olsaydı müzakirələrdə 100 faizlik nəticə əldə edərdilər. Lakin bu olmadı və həqiqətdə başqa çarə də yox idi.  Rəhbərimizin dediyi kimi, son razılıq mətni diqqətlə oxunmalı və qanuni prosedurunu keçərək diqqətlə incələnməlidir. Qarşı tərəfin İran əleyhinə istifadə edə biləcəyi hər bir bəndə diqqət olunmalıdır. Bizim nüvə barədə ciddi inkişafımz olub, lakin bu gün ondan istifadə edə bilməyəcəyik.”

 

O qarşıdan gələn islami məclis və “Xubriqan” məclisinin seçkilərinə toxunaraq bildirib: “İkinci məclisin seçkiləri birindən daha əhəmmiyyətlidir. Düzgün şəxslər “Xubriqan” məclisinə seçilsələr, ölkənin gələcəyi üçün problem yaşanmaz. Bu məclis heç vaxt siyasi atmasferə sahib olmayıb, lakin bəziləri bu məclisi siyasiləşdirmək istəyirlər. Məsullar diqqətli olmalı və onları ifşa etməlidir.”

Hizbullahın baş katibinin müavini Tehranın cümə xütbəsində (Foto)

/haberimaj/habergaleri/4I1U3D4G2Q0U.JPG
  1. Hizbullahın baş katibinin müavini Tehranın cümə xütbəsində (Foto)

  2. Hizbullahın baş katibinin müavini Tehranın cümə xütbəsində (Foto)

  3. Hizbullahın baş katibinin müavini Tehranın cümə xütbəsində (Foto)

  4. Hizbullahın baş katibinin müavini Tehranın cümə xütbəsində (Foto)

  5. Hizbullahın baş katibinin müavini Tehranın cümə xütbəsində (Foto)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.