haberL haberR

"Hizbullah"ın terrorçulara verdiyi möhlətin vaxtı bitib

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 02.07.2015 16:46:16

Zəbadani bölgəsində "Hizbullah" və Suriya ordusu terrorçulara qarşı yeni əməliyyatlara başlayıb

İslamazeri.az-ın Suriya mediasına istinadən verdiyi xəbərə görə, "Hizbullah" ordusunun “Nusra Cəbhəsi” və “Fəth Ordusu” adlı terrorçularına təslim olmaq üçün verdiyi vaxtın bitməsi ilə yeni anti-terror əməliyyatlarına başlanıb.

Suriyanın Qələmun bölgəsinin cənubunda yerləşən Zəbadani ərazisinin qərb istiqamətində "Hizbullah" hərbçiləri terrorçuların nəzarət etdiyi ərazilərə daxil olub.

Bölgədə qızğın döyüşlərin getdiyi bildirilir. Suriya ordusuna məxsus aviasiya terrorçulara hava zərbələri endirir. Suriya artilleriyası da öz növbəsində "Hizbullah" əsgərlərinin irəliləmisinə atəş dəstəyi verir.

Qeyd edək ki, "Hizbullah" hərbçilərinin Qələmun bölgəsində keçirdiyi uğurlu əməliyyatların Zəbədani ərazisində də təkrar edəcəyi əzmində olduğu bildirilir.

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.