haberL haberR

"Hizbullahın Zülfüqarı" kimdir? - Video, Foto

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 14.05.2016 12:02:32

Mustafa Bədrəddin 1961-ci ildə aprel ayının 6-da dünyaya gəlib

İslamazeri.az "Əl Aləm"ə istinadən xəbər verirki, Mustafa Bədrəddin "Mustafa əmin Bədrəddin", "Mustafa Yusuf Bədrəddin", "İlyas Saab", "İbrahim İsa", "İlyas Fuad Saib" və "Seyyid Zülfüqar" ləqəblərilə də tanınırdı.

2008-ci ildə fevral ayında İsrail tərəfindən həyaat keçirilən terror aktı zamanı dünyasını dəyişən İmad Muğniyənin xələfi sayılırdı.

1983-1990-c illərə kimi Küveytdə həbsdə olub, sonra Livana geri qayıdaraq Hizbullahın ən üst komandirlərindən birinə çevrildi. Ölümünə qədər onun haqqında çox da mediada adı hallanmırdı.

Hizbullahın media orqanlarının bildirdiyinə görə, Bədrəddin İmad Muğniyə ilə Fələstində "Fəth" təşkilatının üzvü olmuş, daha sonra Hizbullah sıralarına qatılıb.  İsrailin Livanın cənubunu işğal etmə sırasında məşhur hücum taktikasında komandirlik vəzifəsində yer alıbmış. 

2012-ci ildə Suriyada Hizbullahın komandanlığına göndərilən Bədrəddin, ABŞ-ın qara siyahısında da yer alan Hizbullah üzvlərindən olub. O, 1983-cü ildə yüzlərlə amerikan dəniz piyadasının ölümünə səbəb olan əməliyyatda ittiham olunaraq ABŞ xüsusi xidmətinin hədəfinə çevrilmişdi. Bədrəddin, Livanın baş naziri Rəfiq Həririnin qətlində də ittiham olunsada, tutarlı dəlillərin olmadığına görə, Livan güc stukturları tərəfindən barəsində heç bir cinayət işi açılmamışdı.

Məlumata görə, "Seyyid Zülfüqar" tez-tez Xanım Zeynəbin (s.ə) (red: İmam Əli (ə) və Xanım Zəhranın (s.ə) qızları) ziyarətgahına gələr, orada zirehdən yapışaraq ürək sözlərini deyərmiş. Dostları onun şəhidlik məqamı üçün tez-tez dua etdiyini bildirirlər.

Mustafa Bədrəddin Xanım Zeynəbin ziyarətgahına tez-tez gələr... - Video, Foto

/haberimaj/habergaleri/4L1X3G4J3U0X.JPG
  1. Mustafa Bədrəddin Xanım Zeynəbin ziyarətgahına tez-tez gələr... - Video, Foto

  2. Mustafa Bədrəddin Xanım Zeynəbin ziyarətgahına tez-tez gələr... - Video, Foto

  3. Mustafa Bədrəddin Xanım Zeynəbin ziyarətgahına tez-tez gələr... - Video, Foto

  4. Mustafa Bədrəddin Xanım Zeynəbin ziyarətgahına tez-tez gələr... - Video, Foto

  5. Mustafa Bədrəddin Xanım Zeynəbin ziyarətgahına tez-tez gələr... - Video, Foto

  6. Mustafa Bədrəddin Xanım Zeynəbin ziyarətgahına tez-tez gələr... - Video, Foto

  7. Mustafa Bədrəddin Xanım Zeynəbin ziyarətgahına tez-tez gələr... - Video, Foto

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.