haberL haberR

Hüququşünaslar Assosiasiyası Gürcüstan hökümətini məhkəməyə verdi - müsəlmanlara görə

Kateqoriya: Region Yayımlama tarixi: 06.05.2016 10:53:07

GGHA (Gürcüstannın Gənc Hüququşünaslar Assosiasiyası) Ümum Gürcüstan Müsəlmanlarının Ali Dini İdarəsinin adı ilə Konstitusiya Məhkəməsinə müraciət edir.

İslamazeri.az xəbər verirki, GGHA (Gürcüstannın Gənc Hüququşünaslar Assosiasiyası) Ümum Gürcüstan Müsəlmanlarının Ali Dini İdarəsinin adı ilə Konstitusiya Məhkəməsinə müraciət edir. Şikayətçi hökumətin 2014-cü ilin yanvarın 27-də qəbul etdiyi 117 nömrəli qərarını şikayət edir. Bu qərar müsəlman, Yəhudi, Erməni və Roma-Katolik icması üçün Sovet İttifaqı müddətində vurulmuş zərərin qismən ödənilməsini nəzərdə tutur. Qeyd olunan qərar müsəlmanarın iki dini qrupundan - Şiə və Sünnilərdən - bir İHHŞ (İctimai Hüququn Hüquqi Şəxsi) kimi birləşməyi və yaxud, təmsilçilik şurası yaratmağı tələb edir. Bu tələbin yerinə yetirilmədiyi təqdirdə isə dini qrup dövlət büdcəsindən vəsait almaq imkanını itirir. 

GGHA  düşünür ki, yeddinci əsrdən bir-birindən ayrılmış iki müsəlman məzhəbinin bir təşkilatda birləşməsi və bu birləşmənin həyata keçirilməməsinə görə vəsait verməmək inanc və birləşmək azadlığının pozulmasıdır. Gürcüstan Konstitusiyasının 26-cı maddəsinin birinci bəndi ilə birləşmə azadlığı,  Konstitusiyanın 19-cu maddəsi ilə isə inanc azadlığı tanınır. Hər iki Konstitusiya maddəsi insan hüquqlarını qoruyur ki O, onun əksi olan bir qrupla birləşməsin.   

GGHA həmçinin, Xristian qruplarla müqayisədə müsəlman qrupunun əleyhinə olaraq, Konstitusiyanın 14-cü maddəsi ilə qadağan olunmuş diskriminasiya hallarının baş verdiyi qənaətindədir. Hökumətin qərarı vəsait almaq üçün Erməni və Katolik Kilsələrinin bir İHHŞ yaratmağa məcbur etmir. Erməni və Katolik kilsələri birləşmədən də vəsait ala bilərlər, Sünnilər və Şiələr isə bunun üçün ya birləşməli ya da Təmsilçilik Şurası yaratmalıdırlar.    

Şikayətçi Ümum Gürcüstan Müsəlmanlarının Ali Dini İdarəsidir və o Gürcüstan Şiə müsəlman vətəndaşları tərəfindən yaradılıb. Nizamnaməyə görə, "Ümum Gürcüstan Müsəlmanlarının Ali Dini İdarəsi" Gürcüstanda yaşayan Şiə müsəlmanlarının dini qurumlarını birləşdirən yerli  müstəqil bir qurumdur. Konstitusiya Məhkəməsində şikayət olunan norma şikayəti qaldırandan vəsait almaq üçün Sünni təşkilatı ilə bir İHHŞ olmağa və yaxud, Təmsilçilik Şurası yaratmağa çağırır.  

Xatırladaq ki, Ümum Gürcüstan Müsəlmanlarının Ali Dini İdarəsi Gürcüstan hökümətini şiə məzhəbini rəsmən tanımağa çağırır. 

Qeyd edək ki, ötən il Gürcüstan Müsəlmanlar İdarəsi yaradılıb. Hazırda qurumun iki müftisi və şeyxi var. 

Onu da qeyd edək ki, "Gürcü Müsəlmanları İttifaqının" sədri Tariel Nakaidze öz Facebook səhifəsində Gürcüstan hökümətini sərt tənqid etmiş, sonradan statusunu silmişdir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.