haberL haberR

Husilər Səuddiyənin hərbi hava bazasına zərbələr endirib

Kateqoriya: Dünya Yayımlama tarixi: 30.08.2016 17:42:52

Həmçinin "Ənsarullah" hərəkatının üzvləri Səudiyyə Ərəbistanın cənubunda yerləşən Cizan inzibati dairəsidəki Səudiyyə hərbi texnikasına da zərbələr endiriblər.

İslamazeri.az-ın AMN saytına istinadən verdiyi xəbərə əsasən, bazar ertəsi günü Səudiyyə Ərəbistanı Yəmənin Səna və Səda əyalətlərinə hava zərbələri endirdikdən sonra, Husilər Səudiyyə Ərəbistanının Cizan inzibati dairəsinə güclü cavab zərbəsi endirib.

Respublika Qvardiyasından daxil olan məlumata əsasən, bazar ertəsi günü gecə saatlarında Husilərin dəstələri Əsir əyalətindəki strateji əhəmiyyətli mühüm Səudiyyə hərbi hava bazasına bir neçə "Qahir-1" ballistik raketləri ilə zərbələr endiriblər. Nəticədə bazada yerləşən avadanlığa ciddi zərər dəyib.

Həmçinin "Ənsarullah" hərəkatının üzvləri Səudiyyə Ərəbistanın cənubunda yerləşən Cizan inzibati dairəsidəki Səudiyyə hərbi texnikasına da zərbələr endiriblər.

Bəzi məlumatlara əsasən, Cizandakı raket zərbələr nəticəsində Səudiyyə Krallığının başçılıq etdiyi koalisiya ciddi itkilər verib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.