haberL haberR

Husilər tərəfindən ağır zərbə alan BƏƏ Yəməndən çəkilir

Kateqoriya: Dünya Yayımlama tarixi: 12.09.2015 11:20:17

Bu haqda BƏƏ mətbuatı yazır

İslamazeri.az Birləşmiş Ərəb Əmirliklərinin "71" xəbər saytına istinadən xəbər verir ki, BƏƏ Səudiyyə Ərəbistanının Yəmən əleyhinə yaratdığı koalisiyadan çıxacaq.

Yəməndə 4 sentyabr "Qara Cümə" kimi tanınan onlarla BƏƏ əsgərinin öldürüldüyü gündən sonra əmirlik xalqın təzyiq və reaksiyaları qarşısında Yəməndən çəkilmə istiqamətində qərar qəbul edib və Səudiyyə rejimi strategiyasını dəyişib. Xəbərdə Yəmənə qarşı təcavüzdə iştirak edən BƏƏ əsgərlərinin ölkələrinə qayıdacaqları haqda məlumat yer alıb. Yəmənə qarşı quru əməliyyatının da ölkədəki problemə çarə olacağına inanılmır.

Xatırladaq ki, Yəmən ordusu və "Ənsarullah" BƏƏ-nin 22 komandirini öldürmüşdü. Koalisiyaya qatılan BƏƏ qüvvələrindən ümumilikdə 44 nəfər öldürülmüşdü.



 

Dünən isə İraqın "Sədr" hərəkatının rəhbəri Müqtəda əs-Sədr BƏƏ-ni Yəməndən çıxmağa çağırmışdı.



 

BMT Baş katibinin Yəmən üzrə nümayəndəsi İsmayıl Vələd Şeyx Əhməd yəmənli tərəflər arasında yaxın zamanda birbaşa danışıqların başlayacağını, nə vaxt və harada başlayacağını isə daha sonra açıqlayacağını deyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı və müttəfiqlərinin mart ayının 26-dan Yəmənə qarşı başlatdığı təcavüz nəticəsində minlərlə mülki vətəndaş həlak olub, minlərlə vətəndaş isə yaralanıb. Yüz minə yaxın insan öz evlərindən didərgin düşüb. Minlərlə yaşayış binası, məktəb, xəstəxana və digər sosial obyektlər dağıdılıb. Yəməndə humanitar vəziyyət Səudiyyə və müttəfiqlərinin havadan və qurudan tətbiq etdiyi blokada səbəbindən günü-gündən pisləşir. Humanitar təşkilatlar Yəmənə yetərli diqqət ayırmırlar. Dünya ictimaiyyəti bəzi ölkələr çıxmaq şərti ilə Səudiyyə Ərəbistanının bu vəhşiliyinə göz yummaqdadır. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.