haberL haberR

"Husi"lər Yəmənin Adən şəhərində... Eks-prezident qaçdı

Kateqoriya: Dünya Yayımlama tarixi: 25.03.2015 14:33:07 2257 dəfə oxunub.

Mənsur Hadi Adəndən qaçdı

İslamazeri.az-ın "AP"-yə istinadən verdiyi xəbərə görə, "Husi" hərəkatı və xalq azadlıq hərbi birləşmələri Adən şəhərinə daxil olmaq üzrədir. "Husi"lərin Adənə girməsi xəbəri ilə, eyni zamanda keçmiş prezident Mansur Hadi Adən şəhərindəndə qaçıb. 

Bəzi mənbələrin xəbərinə əsasən, "Husi"lər artıq Adən şəhərinə daxil olublar.

Qeyd edək ki, ötən bazar günü  "Husi"lər və xalq azadlıq batalyonları Yəmənin üçüncu böyük şəhəri olan Taizi öz nəzarətləri altına keçiriblər. Daha sonra "Husi" hərəkatı və xalq azadlıq batalyonları qaçaq prezident Mansur Hadinin qanunsuz olaraq müvəqqəti paytaxt elan etdiyi Adən şəhərini azad etməsi üçün oraya hərəkət etməyə başlayıblar.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.