haberL haberR

Hz.Məhəmmədi (s) təhqir edən karikaturalar TV-də yayımlanacaq

Kateqoriya: Dünya Yayımlama tarixi: 05.06.2015 14:35:51

İslam əleyhinə mövqeləri ilə tanınan hollandiyalı siyasətçi Qirt Vildersin karikaturaları TV-də yayımlanacaq

İslamazeri.az-ın "BBC"-yə istinadən verdiyi xəbərə görə, İslam əleyhinə mövqeləri ilə tanınan hollandiyalı siyasətçi Qirt Vildersin (Geert Wilders) Hollandiya Parlamentində nümayiş etdirmək istədiyi Hz.Məhəmmədi (s) təhqir edən karikaturalarına sərgi icazəsi verilməyincə onları televiziyaya çıxarmaq istədiyi bildirilib.

Vilders ABŞ-ın Texas ştatında yerləşən Dallas şəhərində mayın 4-də keçirilən və silahlı basqına məruz qalan sərgini Hollandiyada nümayiş etdirəcəyini bildirmişdi. Karikaturaların tərkibinin təhqiramiz və mübahisəli olduğunu bildirən Hollandiya Parlamenti radikal sağçı Vildersin tələbini rədd etdikdən sonra hollandiyalı siyasətçi karikaturaları televiziyaya çıxaracağını söyləyib. Vilders televiziyada hər il siyasi partiyalara verilən tanınma haqqından istifadə edərək karikaturaları nümayiş etdirəcək. Vildersin bu veriliş əsnasında danışacağı sözlərə kanal tərəfindən hər hansı müdaxilə olunmayacaq. O, bu addımla onu Texasda hücumla qorxutmağa çalışanlara mesaj vermək istədiyini və qorxmadığını göstərmək istədiyini qeyd edib.

Qeyd edək ki, Vilders homoseksualların haqlarını müdafiə istiqamətində apardığı mübarizə və İslam əleyhinə mövqeləri ilə tanınır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.