haberL haberR

İƏT Qüdsün müdafiəsi üçün beynəlxalq kampaniyaya başladı

Kateqoriya: İslam Yayımlama tarixi: 15.11.2014 10:40:19

İƏT Gənclər Forumu müsəlmanların müqəddəs məkanı olan Əl-əqsa məscidinə girişdə İsrail tərəfindən yaş məhdudiyyəti qoyulmasına etiraz olaraq beynəlxalq kampaniyaya start verib

Forumun İstanbuldakı baş ofisindən İslamazeri.az-a verilən məlumata görə, “50 yaşa qədər bir Fələstinliyəm” (I am Palestinian under 50) adlı kampaniyanın əsas məqsədi İsrailin bir milyard yarım müsəlman tərəfindən müqəddəs sayılan bir məkanla bağlı bu qadağasının bölgədə və dünyada mədəniyyətlərarası qarşıdurmaya səbəb olmasının qarşısını almaq, Qüdsün 1400 illik müsəlman kimliyinin tamamilə yox edilməsi təşəbbüsünə etiraz etməkdir. 

 

İslam Konfransı Gənclər Forumunun kabinet rəhbəri Elməddin Mehdiyev kampaniyanın sosial şəbəkələrin köməyi ilə İndoneziyadan İordaniyaya qədər təşkilata üzv 45 ölkədə paralel şəkildə həyata keçiriləcəyini və sözügedən böhran həll edilənə qədər davam etdirilməsinin nəzərdə tutulduğunu bildirdi. 

 

Kampaniya çərçivəsində bu gün İstanbuldakı Sultan Əhməd meydanında böyük aksiya təşkil edilib, yerli əhaliyə və turistlərə məlumat məqsədi ilə hazırlanmış broşuralar paylanıb. Bənzər tədbirlər şəhərin ən böyük məscidlərindən hesab edilən Fateh və Eyyub məscidlərində də həyata keçirilib.

 
Xatırladaq ki, bir müddət əvvəl İsrail rejimi təhlükəsizlik tədbirləri adı altında Əl-əqsa məscidinə girişdə 50, daha sonra 45 yaş məhdudiyyəti gətirmişdi.

 

 

 

 

 

 

 

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.