haberL haberR

İbrahim Nehrəmliyə məxsus şirkət məhkəməyə verildi

Kateqoriya: Kriminal Yayımlama tarixi: 09.10.2015 17:13:03

İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır

"Bakı Mexanikləşdirmə" Açıq Səhmdar Cəmiyyəti (ASC) "Avesta Konserni" Məhdud Məsuliyyətli Cəmiyyətini məhkəməyə verib.

Verilən xəbərə görə, ASC borcun qaytarılması barədə tələb irəli sürüb. İddia olunan borcun məbləği açıqlanmır.

İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, "Avesta Konserni"nin sahibi tanınmış iş adamı Hacı İbrahim Nehrəmlidir. Tərkibinə bir neçə şirkət daxil olan "Avesta Konserni" çoxmərtəbəli yaşayış binalarının və digər obyektlərin tikintisi ilə məşğul olur.

1958-ci ildən fəaliyyət göstərən "Bakı Mexanikləşdirmə" şirkəti isə sənaye və mülki obyektlərin, eləcə də çoxmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirir. (report)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.